Motosiklet piyada qadınları vurub


Digərləri 08 Mar 2019 22:04:00 221 0

Motosiklet piyada qadınları vurub

Salyan rayonunda piyada qadınların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə axşam saatlarında Şorsulu kəndi ərazisində qeydə alınıb.

Rayonun Dayıkənd kənd sakinləri - 1977-ci il təvəllüdlü Hüseynova Nailə Əlirza qızı və 1975-ci il təvəllüdlü Nəzərova Südabə Cəlil qızı evə gedərkən motosiklet vurub. Nəticədə hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.