Cenevrə beynəlxalq avtosalonunda dünyanın ən bahalı avtomobilinin təqdimatı olub


Digərləri 08 Mar 2019 21:45:00 194 0

Cenevrə beynəlxalq avtosalonunda dünyanın ən bahalı avtomobilinin təqdimatı olub

Martın 7-də Cenevrə beynəlxalq avtosalonunda avtomobil həvəskarlarına dünyanın hazırda ən bahalı avtomobili təqdim olunub. "Bugatti" şirkətinin istehsalı olan "La Voiture Noire" adlı avtomobildən dünyada cəmi bir ədəddir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Bugatti Chiron" bazası əsasında hazırlanmış 16 silindrli superlativ avtomobil 1500 at gücündədir. Avtomobilin netto qiyməti 11 milyon avroya bərabərdir və hazırda dünyanın ən bahalı yeni model avtomobili hesab edilir.


Xəbərə aid fotolar