Heroin satmaq istəyən şəxs saxlanılıb


Kriminal 08 Mar 2019 21:54:00 204 0

Heroin satmaq istəyən şəxs saxlanılıb

Qazaxda heroin satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Son.az-a DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Salman Lələyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 14 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.