8 mart bayramının tarixi Yəhudi bayramı yoxsa iki qadının istəyi? FOTO


Digərləri 08 Mar 2019 21:40:00 260 0

8 mart bayramının tarixi  Yəhudi bayramı yoxsa iki qadının istəyi?  FOTO

8 mart qadınlara sevgi və hörmət bayramıdır.

Eyni zamanda 8 mart rəsmi bayramlar arasında ən yaxşı bayramlardan sayılır. Bu bayram əvvəlcə siyasi çalarlar daşıyıb və bahar, sevgi və ehtiram rəmzi yox, mübarizə günü olub. Qadınlar kişilərlə ailədə, həyatda, seçkidə bərabər hüquqa malik olmaq üçün mübarizə aparıblar. Bəs bu bayram necə yaranıb?

Son.az ölkə.az-a istinadən 8 mart bayramının yaranma tarixi ilə mövcud olan versiyaları təqdim edir.

Rəsmi versiya: Zəhmətkeş qadınların həmrəylik günü

Bu versiyaya əsasən 1857-ci ildə Nyu-Yorkda toxuculuq fabriklərində işləyən qadınlar "boş qazanlar marşı" adlı yürüş keçiriblər. Zəhmətkeş qadınlar maaş azlığından və çətin iş şərtlərindən şikayət ediblər. Maraqlıdır ki, o dövrə aid mətbuat səhifələrində belə bir yürüş barədə məlumat yoxdur. Tarixçilər müəyyənləşdiriblər ki, 1857-ci ilin 8 mart tarixi bazar gününə düşürmüş. Bazar günü iş yerində tətilə çıxmaq qəribədir.

1910-cu ildə Kopenhagendə keçirilən qadınlar forumunda alman komunnisti Klara Setkin 8 martı beynəlxalq qadınlar günü kimi təsis etməyi təklif edib. Onun fikrinə görə, bu gün qadınlar cəmiyyətin fikrini problemlərinə yönəltmək üçün mitinqlər və iğtişaşlar keçirməli idilər. Bu tarix bir çoxumuza məlumdur. İlk illər 8 mart öz hüquqları uğrunda mübarizə aparan qadınların beynəlxalq həmrəylik günü adlanırdı. 8 mart günü isə toxuculuq fabrikində çalışan qadınların tətilə çıxdığı gün sayılırdı, amma tarixdə belə bir hadisə olmayıb. Əslində belə bir hadisə olub, amma etiraz mitinqi keçirən toxuculuq fabrikinin qadınları olmayıb.

SSRİ-də 8 mart

SSRİ məkanına bu bayramı Setkinin rəfiqəsi, inqilabçı Aleksandra Kolontay gətirib. Aleksandranın bir frazası məşhurdur: "Qarşına çıxan ilk kişi ilə yatağa girmək bir stəkan su içmək kimi asandır". Bu bayram SSRİ-də 1921-ci ildən qeyd edilir.

İkinci versiya: Yəhudi versiyası-yəhudi çariçasının mədhi

Tarixçilər hələ də Klaranın yəhudi olub-olmadığı barədə ortaq fikrə gələ bilmirlər. Bəzi tarixçilərin fikrinə görə, Setkin çəkməçi bir yəhudinin ailəsində dünyaya gəldiyini, bəziləri isə müəllim işləyən bir almanın qızı olduğunu bildirirlər. Amma Setkinin 8 martı Purim yəhudi bayramı ilə əlaqələndirməsi onun yəhudi olmasından xəbər verə bilər.

Klara qadınlar gününü yəhudi xalqının tarixi ilə əlaqələndirmək istəyib. Əfsanəyə əsasən, fars çarı Kserksin sevgilisi Esfir yəhudi xalqını əziyyətdən qurtarıb. Kserks bütün yəhudiləri qırmaq istəyirdi. Amma Esfir şahı inandıra bildi ki, yəhudiləri öldürmək lazım deyil, əksinə, farslar da daxil olmaqla bütün yəhudi düşmənlərini məhv etmək lazımdır. Bu hadisə yəhudi təqvimi ilə 13 Arda günü baş verib. Arda ayı fevralın sonu, martın əvvəlləri başlayır. Esfiri mədh edən yəhudilər Purim bayramını qeyd etməyə başladılar. Bayram tarixi dəyişirdi, bu səbəbdən 1910-cu ild 8 mart gününə təsadüf etdi.

Üçüncü versiya-qədim peşənin qadınları

Üçüncü versiya ən qalmaqallı və qadınların zəhləsini aparan versiyadır. 1857-ci ildə Nyu-York şəhərində həqiqətən qadınların etiraz mitinqi keçirilib. Amma bu qadınlar toxuculuq sahəsinin işçiləri yox, fahişələr olub. Qadınlar onların xidmətlərindən istifadə edən, amma ödəniş edə bilməyən matroslara maaş verilməsini tələb ediblər.

1894-cü ilin 8 mart tarixində Parisdə də fahişələr mitinq keçirdilər. Bu dəfə onlar zəhmətkeş qadınlarla eyni hüquqa malik olmağı və xüsusi həmkarlar ittifaqlarının təsis edilməsini tələb etdilər. Eyni hadisə 1895-ci ildə Çikaqoda, 1896-cı ildə Nyu-Yorkada baş verdi. Bu səbəbdən Setkinin təklif etdiyi kimi. 1910-cu ildə 8 mart günü beynəlxalq qadınlar günü kimi təsis edildi.

Klara özü də bu tip aksiyalar keçirirdi. Məsələn, 1910-cu ildə rəfiqəsi Roza Lüksemburq ilə birlikdə alman şəhərlərində fahişələri aksiyaya çıxararaq polis azğınlığının qarşısını almağı tələb edirdilər.