Çinin valyuta ehtiyatları 2,3 milyard dollar artıb


Dünya 08 Mar 2019 21:20:00 209 0

Çinin valyuta ehtiyatları 2,3 milyard dollar artıb

Çinin xarici valyuta ehtiyatları ardıcıl 4-cü aydır ki, çoxalmaqda davam edir. Fevralda ehtiyatlar əvvəlki ayla müqayisədə 0,2 faiz (2,3 milyard ABŞ dolları) artaraq, 3,0902 trilyon dollara çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralda ölkənin qızıl ehtiyatı da əvvəlki ayla müqayisədə çoxalaraq, 60,26 milyon unsiyaya çatıb. Bu, təxminən 79,5 milyard dollara bərabərdir.