Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapdı


Digərləri 08 Mar 2019 19:10:00 280 0

Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid silah tapdı

Cəlilabad rayonunda məktəbli eramızın ilk əsrlərinə aid tarixi əşya tapıb.

Son.az Report-a istinadən bildirir ki, tarixi əşyanı Şatırlı kənd məktəbinin 5-ci sinif şagirdi Gülnar Məlikova təsərrüfat işləri görən zaman tapıb. Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir.

Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, ilk dəfədir ki, bu ərazilərdə döyüş baltası tapılır. O deyib ki, kustar üsulla hazırlanmış balta eramızın ilk əsrlərinə aiddir. Həmçinin o bildirib ki, bu tapıntı türk döyüş silahları içərisində xüsusi yeri olan silah növüdür.


Xəbərə aid fotolar