Çinin "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti 3 trilyon dolları ötüb


Dünya 08 Mar 2019 19:05:00 214 0

Çinin "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti 3 trilyon dolları ötüb

Çin Xalq Respublikası "Bir kəmər, bir yol" strategiyası çərçivəsində 123 ölkə və 29 beynəlxalq təşkilat ilə ümumilikdə, 171 əməkdaşlıq müqaviləsi imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini Nin Cice Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) gedişində deyib.

Çin rəsmisi 2013-cü ildə irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsi istiqamətində ötən müddətdə xeyli iş görüldüyünü bəyan edib. Bu dövrdə Çinin "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti ümumilikdə, 3 trilyon ABŞ dollarını ötüb. Çinin həmin ölkələrə birbaşa sərmayələri isə təxminən 70 milyard dollar olub. Bunun 15,6 milyard dolları 2018-ci ildə reallaşıb.