“Soyuq olmaması üçün sellofanın ağzını bağladım”


Dünya 08 Mar 2019 18:36:00 207 0

“Soyuq olmaması üçün sellofanın ağzını bağladım”

Türkiyədə qeyri-qanuni nikahdan dünyaya gətirdiyi körpəsini zibilliyə atan Aytən Kağıtmanlı və onun anası Fadime Kağıtmanlının məhkəməsi baş tutub. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, körpənin anası və nənəsinə 13 ildən 20 ilədək həbsi tələb olunub.

Öncə ailəli olub boşanan qadın 6 aylığında hamilə olduğunu bilib. Evin ayaqyolusunda övladını dünyaya gətirən qadın atasından qorxduğu üçün bunu gizlətməyə çalışıb. Məhz bu səbəbdən də anası ilə məsləhətləşərək körpənin zibilliyə atılmasına qərar veriblər. Uşağı isə səhər namazı üçün tezdən evdən çıxaraq məscidə gedən şəxs tapıb. O, zibilliyin yanından keçəndə ağlayan körpə səsi eşidib...