Kərimova həbsxanada intihar edib?


Dünya 08 Mar 2019 18:18:00 411 0

Kərimova həbsxanada intihar edib?

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova və "Uzdunrobita" mobil operator şirkətinin (MTS Özbəkistanın ortağı) keçmş rəhbəri Behzod Əhmədov rüşvət və çirkli pulların yuyulmasından 865 milyon dollar gəlir əldə edib.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Bölgə Prokurorluğunun rəsmi saytında bildirilib. Qurum şübhəlilərin bu vaxta qədər xaricdə tarixin ən böyük korrupsiya proqramına daxil edildiklərini qeyd edib. Prokurorların fikrincə, Behzod Əhmədov "Uzdunrobita" MMC və digər iki telekommunasiya şirkəti - VimpelCom LTD (indiki adı "Veon") və "Telia"nın (keçmiş adı TeliaSonera - isveç şirkəti) iştirak etdiyi böyük rüşvətalma proqramının təşkilatçısı olub. Kərimova rəsmi mövqeyindən istifadə etməklə bu 3 şirkətdən 865 milyon dollar məbləğində rüşvət almaqda və həmin pulları ABŞ-ın maliyyə sistemləri vasitəsilə yumaqda ittiham olunur.

2014-cü ilin martından bu yana ABŞ və Hollandiya rəsmiləri MTS, Vimpelcom operatorları və Telia şirkəti haqqında istintaq aparıblar. Operatorlar ölkədə uzun müddət çalışmaq üçün Gülnarə Kərimovaya yaxın qurumlara tez-tez milyon dollar rüşvət verməkdə ittiham olunublar.

2016-cı ilin fevralında Vimpelcom 795 milyon dollar cərimə ödəməyi qəbul edib. 2017-ci ilin iyulunda Telia ilə də razılaşma əldə olunub və şirkət 965 milyon dollar məbləğində cərimələnib. MTS-in isə cəzası 850 milyon dollar olacaq.