Lotu Quli Türkiyəni tərk etdi:


Kriminal 08 Mar 2019 17:48:00 296 0

Lotu Quli Türkiyəni tərk etdi:

Qanuni oğru Nadir Səlifov (Lotu Quli) Dubaya köçüb və bundan sonra fəaliyyətini oradan davam etdirəcək.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın rosbalt.ru saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Səlifovun ora köçməkdə məqsədi özünü başda Rusiya olmaqla müxtəlif ölkələrin təhlükəsizlik orqanlarının müdaxiləsindən qorumaqdır. Çünki Rusiyada müstəntiqlər onu sorğu-sual etmək istəyirlər.

Qeyd edək ki, azadlığa çıxdıqdan sonra Türkiyədə gedən qanuni oğru bir müddət Dubayda qalmağı planlaşdırır.

Səlifovun Rusiya Federasiyasında fəaliyyət göstərən qruplarının nəzarət mərkəzi Birləşmiş Ərəb Əmirliklərində yerləşib. Bildirilir ki, Lotu Quli demək olar hər gün internet vasitəsilə həmin qruplarla əlaqə saxlayır və öz tapşırıqlarını verir.