Sabirabadda maşın mağazaya çırpıldı - Ölən və xəsarət alan var


Digərləri 08 Mar 2019 17:45:00 182 0

Sabirabadda maşın mağazaya çırpıldı - Ölən və xəsarət alan var

Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, martın 7-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində Şıxlar kənd sakini M.Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında olan mağazanın dıvarına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.