Özünə yaraşdırmadığı mahnını Dilarəyə oxutduran Nigar Camal


Şou-biznes 08 Mar 2019 17:30:00 379 0

Özünə yaraşdırmadığı mahnını Dilarəyə oxutduran Nigar Camal

Son.az bildirir ki, "Maqazin Klubu" olaraq bu dəfə qarşınıza fərqli bir formatda çıxıb. Bu dəfə Zərha Əhmədova, Pərviz Hüseyn və Sərvər Mehtiyev müğənni Nigar Camalı qonaq edib.

Onlar Nigarla birlikdə "maqazin qazanı"nı qarışdırmağa çalışıblar. İfaçı isə bacardığı qədər qalmaqal yaratmamağa diqqət etsə də, alınmayıb. 

Sərvər: Son günlər haqqında ən çox xəbər çıxan xanım...

Zəhra: Amma nə xəbər... Nigar: Hər zamankı kimi qalmaqallı. Çalışıram heç bir cavab verməyim. Zəhra: Özünü qalmaqallı müğənni hesab edirsən? Nigar: Xeyr. Qalmaqalı sevmirəm. Zarafatı xoşlayıram. Müğənnilərin reaksiyası aqressiv olur.  Sərvər: Müğənnilər arasında mehribançılıq, dostluq yoxdur. Nigar: Nəsə olanda zəng vurub soruşa bilərlər. Şərhləri oxuyuram. Bəzən elə tənqid yazırlar ki... Gülməli şərhlər yazırlar.  Zəhra: Şou-biznesdə tez-tez işlənən kəlmə var: "qıjı müğənni". Nigar kimləri "qıjı müğənni" hesab edir? Nigar: Bu, yaxşı söz deyil. Kamera qarşısında işlədilməməlidir. Əsəbiləşəndə dostlarımıza da işlədirik. Kimlərisə elə adlandırmaq düzgün olmaz.  Sərvər: Faiq Ağayev bundan çıxış yolu kimi, özünü "A kateqoriya"lı müğənni adlandıraraq gördü. Nigar "A kateqoriya"dadır? Nigar: Özümü nə A, nə də B-də düşünmürəm. "Mən-mən" deməyi sevmirəm. Kompleksim yoxdur belə şeylərdən. Zəhra: Sonuncu dəfə hansı yerli müğənniyə qulaq asmısınız? Nigar: Natavan Həbibi "Qısqana-qısqana".   Zəhra: Qısqanc qadınsınız? Nigar: Çox, amma göstərmirəm. Pərviz: Son günlər dəb olan "Mashup"lara qulaq asırsız? Nigar: Çox bəyənirəm, mən də etməyi düşünürəm. Eldarla birlikdə ingilis mahnılarını hazırlamaq istəyirik. Ən yaxşı tanınmış mahnıları seçəcəyik. Sərvər: Tanınmış mahnılar olacaq? Murad Arif dedi ki, mənim mahnıları oxumayın. Nigar: Çox heyif... İstəmirəm xətirlərinə dəyim, aqresiv qarşılamasınlar. Ən yaxşısı xarici mahnıdır.