Bakıda qadın sürücülərə mükafat verilir


Digərləri 08 Mar 2019 16:00:00 217 0

Bakıda qadın sürücülərə mükafat verilir

Bakı Nəqliyyat Agentliyi (BNA), "Avto FM" radiosu və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar paytaxtda aksiya keçirir. 

Bu barədə Son.az-a BNA-dan bildirilib.

Bildirilir ki, aksiya zamanı şəhərin müxtəlif yerlərində qadın sürücülər saxlanılır və il ərzində inzibati xətası qeydə alınmamış, saxlanılmamış, barəsində inzibati tənbeh seçilməmiş şəxslər müəyyən edilərək onlar "Nümunəvi qadın sürücü" elan edilie, gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılır.