Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi öz işinə başlayıb (FOTO)


Digərləri 08 Mar 2019 15:32:00 213 0

Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi öz işinə başlayıb (FOTO)

Sərgi Hindistanın PHD Ticarət və Sənaye Palatası tərəfindən Hindistan səfirliyinin dəstəyi ilə təşkil olunu

Bakı. Bakı İdman Sarayında (Neftçilər prospekti 26a, Bakı, Azərbaycan) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə "Hindistanın ən yaxşıları" - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri"nin ikinci buraxılışı təşkil edilib. Trend-in məlumatına görə, sərgi martın 17-ə qədər səhər saat 10.00-dan axşam saat 18.00-a kimi açıqdır. Sərgi Hindistanın PHD Ticarət və Sənaye Palatası tərəfindən Hindistan səfirliyinin dəstəyi ilə təşkil olunur. Xarici ölkələrdə keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir. "Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində elektrik & elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr & sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil & geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edir.