Əmirliklərdə ilk dəfə şəriətin əsaslarını tədris edən onlayn kurslar yaradılıb


Digərləri 08 Mar 2019 08:07:00 214 0

Əmirliklərdə ilk dəfə şəriətin əsaslarını tədris edən onlayn kurslar yaradılıb

Dubayda yerləşən "Dar Əl Ber" xeyriyyə fondu İslam şəriətinin və müsəlmanların hüquq normalarını ödənişsiz öyrənmək istəyənlər üçün "Əl Ber" onlayn platformasını istifadəyə verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu proqram İslamın əsas dəyərlərinin dünyada təşviqinə yönəlib. "Əl Ber" elektron təhsil platforması bütün dünyadan şəriət və müsəlman hüququ ilə maraqlanan insanlar üçün intensiv və orijinal kurslar təklif edir. Dərslər ərəb və ingilis dillərində təqdim olunur, tədris proqramı isə müqəddəs Qurani-Kərim əsasında hazırlanıb.