Kamil Zeynallı fil saxlamaq istəyir


Şou-biznes 08 Mar 2019 07:55:00 297 0

Kamil Zeynallı fil saxlamaq istəyir

Son.az bildirir ki, idmançı Kamil Zeynallı oxu.az-a maraqlı açıqlamalar verib. 

Son günlər "İnstagram" hesabında aldığı it və meymunla foto və videolar paylaşan idmançı saxladığı heyvanlardan danışıb, onlara xərclədiyi pulları açıqlayıb.

"Qızımda heyvan sevgisi var. Meymunla iti alma səbəbim elə qızımın istəməsidir. Öncə 2500 manata it aldım. Daha sonra qızımın istəyi ilə meymun almalı oldum. Amma onu almaq heç də asan məsələ olmadı. Axtarıb araşdırıb körpə meymun tapdım. O meymuna 5000 manat xərcim çıxdı. Qızım Sahilə heyvanla çox mehriban davransa da, meymun onunla yola getmir. Əhilləşsin deyə meymunu qızımdan bir müddətlik ayırmışam. Bir az sakitləşməyi mütləqdir".