Çoxmərtəbəli binalardakı mənzillərin qiymətlərinin azaldılması təklifinə RƏSMİ MÜNASİBƏT


Digərləri 08 Mar 2019 08:00:00 166 0

Çoxmərtəbəli binalardakı mənzillərin qiymətlərinin azaldılması təklifinə RƏSMİ MÜNASİBƏT

Hesab edilir ki, bu tədbirlər sayəsində həmin mənzillərin qiymətləri aşağı enər və onlar daha ucuz qiymətə satılar.

Bakı. İlhamə İsabalayeva - Nazirlər Kabineti mənzil-tikinti kooperativlərinin (MTK) tikdiyi, lakin yüksək qiymət qoyulduğuna görə satılmayan mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlərin görülməsi barədə təklifə münasibət bildirib. Trend-in məlumatına görə, Nazirlər Kabineti bildirib ki, istifadə edilib-edilməməsindən asılı olmayaraq, fiziki şəxslərin mülkiyyətində olan hər bir mənzil sahəsi əmlak vergisinə cəlb edilir. Hüquqi şəxslərin balansında olan bütün əsas vəsaitlərin dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir: