Akif İslamzadə: "İndiki kişi oxuyanların əksəriyyəti qadın olmalı imiş" MÜSAHİBƏ


Şou-biznes 08 Mar 2019 07:14:00 243 0

Akif İslamzadə: "İndiki kişi oxuyanların əksəriyyəti qadın olmalı imiş"  MÜSAHİBƏ

Son.az bildirir ki, müğənni Akif İslamzadə "ölkə.az"ın suallarını cavablandırıb.

- Akif bəy, fevral ayında AzTV-də Bədii Şura yaradıldı. Sizcə, bu, çıxış yolu hesab edilə bilərmi?  

- Bədii Şuranı yığışdırmaq lazımdır. O Bədii Şura məndən tutmuş, Vaqif Mustafazadə, Rafiq Babayevdən o qədər lent yazıları götürüb saxlayıblar ki. Bir-birini kontrol etməkdənsə, ədəb-ərkan cəmiyyəti yaratmaq lazımdır. Ədəb-ərkanlı cəmiyyət yaratmaq üçün də təhsil sistemi kökündən dəyişilməlidir. Bu gün Azərbaycanda tətbiq edilən təhsil sistemi Qərbə məxsusdur. Həmin sistem Rusiyaya, Rusiyadan da bizə keçib. Bu sistem bəlkə də tarixin hansısa məqamında özünü doğruldub. Amma bu gün tamamilə yararsızdır. Dediklərimin təsdiqi üçün Qərbə baxmaq lazımdır. Görün, onlar nə gündədirlər?

- Sizin təklifiniz nədən ibarətdir?

- Bu sistemi dəyişmək üçün mütəxəssislərimiz var. Cavanlarla söhbətləşirəm, görürəm ki. "Quran" sözünün mənasını bilmirlər, baxırlar üzümə.

- Düşünürsünüz ki, Bədii Şura televiziyalardakı vəziyyəti düzəldə bilməz?

- Hansı qurumun yaradılmasından asılı olmayaraq, təhsil sistemi dəyişdirilməli, cəmiyyətdə tamamilə başqa proseslər getməlidir. Bu gün televiziyalar özü də bilmədən cəmiyyətin əleyhinə olan işlərlə məşğuldur. 

- Azərbaycan telekanallarına baxırsınızmı?

- Baxmıram, ümumiyyətlə televiziyaya baxmıram.

- Bəs informasiyanı hardan alırsınız?

- Eşidirəm, harda otururam hamı şikayətlənir ki, bu nədir? Əvvəl baxanda görürdüm ki, biabırçılıqdır. Ona görə də son illər efirlərə baxmıram. 

- Müsahibələrinizin birində demişdiniz ki, illər öncə oxuduğunuz və təqdim etmədiyiniz mahnıları dinləyicilərinizə təqdim edəcəksiniz. Həmin proses davam edirmi?

- Bəli, həmin mahnılar disk şəklində təqdim ediləcək. Təqdimatı yəqin ki, bir ay çəkər.