Türkiyənin səkkizinci prezidentinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə mərkəz yaradılacaq


Dünya 08 Mar 2019 07:21:00 216 0

Türkiyənin səkkizinci prezidentinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə mərkəz yaradılacaq

Türkiyənin Malatya şəhərində bu ölkənin səkkizinci prezidenti Turqut Özalın xatirəsinin əbədiləşdirilməsi məqsədilə "Turqut Özal Xatirə Evi və Araşdırma Mərkəzi" yaradılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Malatya Böyükşəhər Bələdiyyəsinin rəhbəri Hacı Uğur Polat məlumat verib.

Məlumata görə, mərkəz Malatya Konqres və Mədəniyyət Mərkəzinin yanında yerləşən 250 kvadratmetrlik ikimərtəbəli binada açılacaq. Burada T.Özalın şəxsi əşyaları, araşdırma otağı, prezidentlik etdiyi zamana aid otağının oxşarı, "Özal" kitabxanası nümayiş etdiriləcək.


Xəbərə aid fotolar