Dövlət Duması feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləğini 20 dəfə artırıb


Digərləri 08 Mar 2019 07:07:00 238 0

Dövlət Duması feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləğini 20 dəfə artırıb

Rusiya Dövlət Duması feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləğini 20 dəfə artırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dövlət Duması ictimai əhəmiyyətli yalan məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib. Deputatlar Rusiya İnzibati Cəzalar Məcəlləsinin "Kütləvi informasiya azadlığından sui-istifadə etmə" bəndinə düzəlişləri təsdiqləyiblər.

İkinci oxunuşda deputatlar KİV-lərdə və internetdə bilərəkdən saxta məlumatlar yayanlara qarşı cərimələrin məbləğini artırıblar. Qanun layihəsinə görə, saxta məlumat yayan vətəndaşlar 30 min rubldan 100 min rubladək, vəzifəli şəxslər 60 min rubldan 200 min rubladək, hüquqi şəxslər 200 min rubldan 500 min rubladək məbləğlərində cərimə oluna bilərlər.