Latviyada vətəndaşlıq haqqında qanun dəyişə bilər


Digərləri 08 Mar 2019 06:30:00 206 0

Latviyada vətəndaşlıq haqqında qanun dəyişə bilər

Litva Prezidenti Raymond Veyonis bu ölkə Seyminə vətəndaşlıqla bağlı yeni təklif verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martda Seymə təklif olunacaq qanun layihəsi Latviya vətəndaşı olmayanların bu ölkədə doğulacaq uşaqlarının avtomatik olaraq vətəndaşlıq almasını nəzərdə tutur. Prezident Raymon Veyonis bu barədə Baş nazir Krişyanis Karinyeş ilə də məsləhətləşib.

Dövlət başçısının mətbuata açıqlamasında bildirilib ki, Prezident Latviyada doğulan uşaqların vətəndaşlıq hüququna sahib olmasının tərəfdarıdır. Layihədə nəzərdə tutulub ki, bunu istəməyən valideynlər yazılı surətdə etiraz edə və öz ölkələrinin vətəndaşlığını saxlaya bilərlər.