Kişilərin DİQQƏTİNƏ: Qadınlar 8 Martda bu hədiyyələri gözləyir


Digərləri 08 Mar 2019 05:30:00 255 0

Kişilərin DİQQƏTİNƏ: Qadınlar 8 Martda bu hədiyyələri gözləyir

Qadınlar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hansı hədiyyəni almaq istəyirlər? İctimai rəyin öyrənilməsi üzrə Ümumrusiya Mərkəzi (VSİOM) bu suala cavab tapmaq üçün sorğu keçirib.

Son.az xəbər verir ki, rəyi soruşulan rus qadınların 38 faizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyə olaraq istirahətə bilet almaq istəyərdilər.

Ən arzu edilməyən hədiyyələr, onların sözlərinə görə, suvenirlərdir (1 faiz). Sorğunun 36 faiz iştirakçısı istəyərdi ki, onlara gül hədiyyə etsinlər, 23 faizi isə teatr və ya konsertə bilet gözləyir.