Sualtı kabellə məlumatların ötürülməsi sürətində rekorda imza atılıb


Digərləri 08 Mar 2019 04:30:00 229 0

Sualtı kabellə məlumatların ötürülməsi sürətində rekorda imza atılıb

ABŞ-ın "Infinera" qrupunun alimləri "MAREA" fiber-optik kabeli vasitəsilə məlumatları 26 terabit/saniyə sürətlə 6 min kilometr məsafəyə ötürüblər. Yeni sualtı kabel çəkməyən alimlər informasiyanın ötürülmə effektivliyini yaxşılaşdırmağa nail olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, eksperiment üçün alimlər 16QAM modullaşdırma üzrə işıq siqnallarının ötürülmə metodundan istifadə edərək saniyədə 26,2 terabitə müvəffəq olublar. Bu, "MAREA" mühəndislərinin nəzərdə tutduğundan 20 faiz və kabel üçün generasiya edilən hazırkı siqnallardan təxminən 3 dəfə sürətlidir.

Tədqiqatçıların sözlərinə görə, bu rekordla onlar Şennon həddinə - informasiyanın ötürülmə sürəti üzrə maksimal nəzəri səviyyəyə yaxınlaşıblar.

Məlumata görə, eksperiment zamanı çəkilmiş mövcud kabeldən istifadə olunub. Tədqiqatçıların metodu tikintisi milyonlarla dollar tələb edən yeni kabellər çəkmədən şəbəkəni yaxşılaşdırmağa imkan verəcək.