Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb


Digərləri 07 Mar 2019 23:00:00 252 0

Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Hüsüllü kəndində yerli sakin Rey Rüstəmovla həmkəndlisi Elçin Verdiyev arasında mübahisə yaranıb.

Mübahisə zamanı E.Verdiyev R.Rüstəmovu bıçaqlayıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirirlər.

E.Verdiyev tutularaq istintaqa təhvil verilib. Rayon Polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Daha əvvəl Gəncədə iki qardaş bıçaqlanıb.