Alimlərin ömürlərinin uzun olmasının sirri nədədir?


Digərləri 07 Mar 2019 22:55:00 244 0

Alimlərin ömürlərinin uzun olmasının sirri nədədir?

Bəzən insanlarda belə bir sual meydana gəlir ki, niyə din alimləri başqa insanlardan fərqli olaraq daha uzun ömürə malik olurlar?

Bu gün tibbi elmi insan ömrünü uzada bilən bir çox amilləri araşdırmaqdadırlar. Adətən bu tədqiqatlar insan cismi ilə bağlı olur.

Misal üçün deyirlər ki, vaxtında yatmaq və səhər tez durmaq, idman etmək, düzgün qidalanmaq və s. insan ömrünü uzada bilər.

Ancaq bunu qeyd etməliyik ki, insan ömrünün uzanması üçün cismi amillərin olması kifayət deyildir. İnsan ruhunun da sağlam və hüzurlu olması mühüm şərtlərdəndir. O cümlədən həyatdan ləzzət almaq, düzgün ictimai rabitələrə malik olmaq, mütaliə, həyata ümid bəsləmək və bir çox bu kimi.

Son.az deyerler.org-a istinadən bildirir ki, əgər din alimlərinin həyatına nəzər salsaq, görərik ki, bəzi yeməklərdən çəkinməkləri, daima mütaliə halında olmaqları, dünyaya ürək bağlamamaqları və s. - ömürlərinin uzun olmasına təsir edən amillərdəndir.