Həzrət Adəmin nəslindən əvvəl insanlar yaşamışdılarmı?


Digərləri 07 Mar 2019 22:40:00 203 0

Həzrət Adəmin nəslindən əvvəl insanlar yaşamışdılarmı?

Allah Təala Quranda buyurur: "Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə)zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən  çoxlu kişi və qadın (törədib) yaydı.

Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir". ("Nisa" 1).

Son.az deyerler.org-a istinadən bildirir ki, Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: "Ayənin zahirindən belə başa düşmək olur ki, Həzrət Adəm (ə) və Həvva insan nəslinin atası və anasıdır. Yəni, insan adını daşıyan hər bir varlıq o ikisindən yaranmışdır. Bəzi tarixlərdə oxuyuruq ki, insan növü xəlq olduğu gündən bəri yer üzərində təxminən 7 min ildir ki, ömür sürür. Ancaq torpaqşünaslar bu əqidədir ki, Yer kürəsi milyonlarla illər əvvəl xəlq olunmuşdur. Onlar torpağın alt qatlarından tapdıqları insan skeletlərini tədqiq edib, bu nəticəyə gəliblər ki, bu insanlar Adəm (ə) ilə Həvvanın nəslindən deyildir. Bu insanlar təxminən 500 min il əvvəl yaşayıblar.

Quran insanın Yer kürəsində yaradılışının keyfiyyətini açıq-aşkar şəkildə bəyan etməmişdir. Ona görə də ehtimal verilir ki, bu məxluqlar, insanlar yer üzünə gəlməzdən əvvəl burada yaşayan canlılar olmuşdular. Sonra nəsilləri kəsilmiş və yerini insanlara vermişdilər".