42 nəfər dəm qazından zəhərlənib


Digərləri 07 Mar 2019 22:13:00 245 0

42 nəfər dəm qazından zəhərlənib

Azərbaycanda yanvar ayından indiyədək 42 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.

Son.az bildirir ki, bunu Trend-ə mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, müraciət edənlərin 14-ü xəstəxanaya yerləşdirilib.