Bəşəriyyətə inam yaradan xəbərlər


Digərləri 07 Mar 2019 22:15:00 318 0

Bəşəriyyətə inam yaradan xəbərlər

Xəbər lentlərində kifayət qədər sarsıdıcı xəbərlərə rast gəlmək mümkündür. Amma dünyada yaxşılığa doğru dəyişən hadisələr də var. Bunlardan bir neçəsini oxuculara təqdim edirik.

Yoxsulluqla mübarizə

Son.az islam.az-a istinadən bildirir ki, BMT-nin inkişaf proqramının yaydığı hesabatda bildirilir ki, 2005-ci il ilə müqayisədə Hindistanda yoxsulluq səviyyəsi 2 dəfə azalıb. Cari dövr ərzində 270 milyon insan yoxsulluqdan qurtulub.

2012-ci ildən isə Çinin 70 milyon kənd əhalisi kasıblığın daşını atıb.

Yeni təmiz elektrik enerjisi mənbələri

2018-ci ilin əvvəli üçün Çilidə elektrik enerjisinin dəyəri 75% azalıb. Buna səbəb isə ekoloji cəhətdən təmiz enerji mənbələrinin 4 dəfə artmasıdır.

Dünya okeanının mühafizəsi

2018-ci ildə Çilidə ölkəyə aid sahil zolağının mühafizəsi haqqında qanun qəbul edilib, beləliklə də dəniz qoruqlarının ərazisi 4,3%-dən 42,4%-ə qədər artırılıb.

Elektrikləşmə

Beynəlxalq Energetika Agentliyinin məlumatına əsasən, 2017-ci ildə 120 milyon insan elektrik enerjisi ilə təmin olunub. Bu, ötən dövr ərzində ən yüksək göstəricidir. Bununla belə, dünyada təqribən 1 milyard insan elektrik enerjisindən məhrumdur.