Qiyamətə inanmaq insana nə verir?


Digərləri 07 Mar 2019 22:20:00 207 0

Qiyamətə inanmaq insana nə verir?

Səy etmək və çalışmaq - hərəkət etməyin həqiqətini təşkil edir. Belə ki, hər bir hərəkət üçün altı şeyin olması zəruridir. Onlardan birincisi - hədəfdir. İnsan çalışar ki, malik olmadığı şeyi özünə hədəf qoyaraq, onu əldə etsin. Bu səbəbdəndir ki, bəşər yarandığı ilk gündən bəri kamala doğru can atır. Bir hüceyrə nütfədən qan topasına və sonra da insana çevrilir. Sonra da bu insan böyük bir eşqlə kamala doğru hərəkət etməyə başlayır. Həyatı sabit və dayanaqlı deyildir, əslində davamlı olaraq hərəkətdədir. Həyatın hadisələri onu bir haldan başqa hala salır. Dəmir kimi əridir və formadan-formaya salır.

"Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir. Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir. (Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir". ("Nəcm" 39-42).

"O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər)". ("Qiyamət" 12).

"Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir". ("Ələq" 8).