Allahım, mənə dünya malı ver ki, xeyir işlər görə bilim


Digərləri 07 Mar 2019 21:50:00 320 0

Allahım, mənə dünya malı ver ki, xeyir işlər görə bilim

İmam Sadiq (ə) buyurur: "Yoxsul mömin bəndə o zaman ki, deyər: "Allahım, mənə dünya malı ver ki, xeyir işlər görə bilim". Əgər Allah onun niyyətinin sadiqliyini bilərsə, həmin əməlin savabını onun üçün yazar. Həqiqətən, Allah Kərimdir".

Hədislərimiz buyurur ki, hər kim yaxşı əməl yerinə yetirməyi niyyət edərsə, Allah bu niyyətinə görə ona 1 həsənə yazar. Əgər həmin əməli yerinə yetirərsə  - 10 həsənə yazar. Əgər pis işi ancaq niyyət edərsə - onun üçün yazılmaz. Əgər günahı yerinə yetirərsə, onun üçün bir günah yazılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Rza (ə) buyurur: "O zaman ki, Qiyamət günü olar və möminin əməl dəftəri ona təqdim olunar, günahlarına baxan zaman rəngi dəyişər. Bədəni titrəməyə başlayar.

O zaman ki, həsənələrini görər - sevinər və xoşhal olar. Savablarına baxan zaman daha çox sevinər. Allah mələyə buyurar: "Yerinə yetirmədiyi əməl dəftərini gətirin". Gətirərlər və baxıb deyər: "Ey Allahım! İzzətinə and olsun ki, mən bu əməlləri etməmişəm".

Allah buyurar: "Doğru deyirsən. Çünki onların niyyətində olmusan, Biz də sənin üçün yazmışıq və onun savabına çatacaqsan".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Allahın razılığı olan şeyi arzu edər - dünyadan gedənə qədər ona əta olunar".