Gəncə sakinindən 10 kiloqramdan çox narkotik vasitə götürülüb FOTO


Digərləri 07 Mar 2019 21:28:00 190 0

Gəncə sakinindən 10 kiloqramdan çox narkotik vasitə götürülüb  FOTO

Gəncə şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Son.az "Report"a istinadən bildirir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Vüqar Həsənov saxlanılaraq idarəyə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan sintetik torbanın içərisindən ümumi çəkisi 10 kiloqram 750 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.


Xəbərə aid fotolar