Əhali son bir ayda ərzaq, içki və tütünə nə qədər pul xərcləyib?


Digərləri 07 Mar 2019 20:36:00 195 0

Əhali son bir ayda ərzaq, içki və tütünə nə qədər pul xərcləyib?

2019-cu ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar ayı ilə müqayisədə 3,5 faiz artaraq 1 milyard 557,7 milyon manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 720,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 837,1 milyon manata bərabər olub.