Ucuz taksi xidmətləri bahalaşa bilər


Digərləri 07 Mar 2019 19:59:00 341 0

Ucuz taksi xidmətləri bahalaşa bilər

Bu gün baş nazir Novruz Məmmədov taksi minik avtomobillərinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri təsdiqləyib.

Tələblərə əsasən, bəzi avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulub.

Bəs bu qayda taksi bazarına necə təsir göstərəcək? Maşınların qiymətlərində azalma qeydə alına bilərmi?

Son.az bildirir ki, məsələ ilə bağlı Oxu.az-ın suallarını iqtisadçı Vüqar Bayramov cavablandırıb.

"Əslində, tələblər çox sərt deyil və nəzərə alsaq ki, bu, həm Heydər Əliyev adına beynəlxalq aeroportdan şəhər istiqamətində hərəkət edən, həm də paytaxtdakı taksilərlə bağlıdır. Söhbət ikiqapılı və "ABS" əyləc sistemi "Avro-4" ekoloji standartına uyğun olmayan avtomobillərin taksi kimi istifadə edilməməsindən gedir.

Həm də bu gün aparıcı taksi şirkətlərinin çoxunda tələblər Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğundur", - ekspert bildirib.