"Namus üstündə" qardaşı arvadını qətlə yetirən şəxs


Kriminal 07 Mar 2019 19:47:00 220 0

"Namus üstündə" qardaşı arvadını qətlə yetirən şəxs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ələkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Abdullayev 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 8-də Bakının Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.