Nikolun Qarabağ bəyanatı qıcıq doğurdu:


Dünya 07 Mar 2019 19:34:00 193 0

Nikolun Qarabağ bəyanatı qıcıq doğurdu:

"Ermənistan və Dağlıq Qarabağı təmin edə biləcək sülh danışıqları" anlayışı tamamilə xəyal məhsuludur.

Son.az bildirir ki, bunu Axar.az-a Ermənistan baş nazirinin Qarabağa dair açıqladığı "danışıqlar formatını" şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, dünya tərəfindən tanınmayan qondarma bir rejimin sülh danışıqlarına və onun nəticələrinə heç bir aidiyyəti ola bilməz:

"Əvvəla, dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Bu mənada Əgər Nikol indiyə qədərki danışıqlar prosesindən nəticə çıxarsaydı, onda ağlına gələni danışmazdı. İkincisi, Paşinyan işğalçı bir dövlətə rəhbərlik etdiyini unudur. İşğalçı dövləti qane edəcək sülh anlayışı nə deməkdir? Bu, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindəki imperializmin müstəmləkə siyasətinə bənzəyir. Avropa və beynəlxalq təşkilatların Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini irəli sürməsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi faktının əyani sübutudur. Artıq Soyuq müharibə dönəmi arxada qalıb və dünya beynəlxalq hüquq qanunları ilə işləyir. Bu qanunlarda işğalçı üçün ciddi məhdudlaşdırıcı addımlar nəzərdə tutulur".

Q.Hüseynli vurğulayıb ki, BMT-nin 4 qətnaməsi və beynəlxalq hüquq normaları problemin həllinin dəqiq inkişaf istiqamətlərini müəyyənləşdirir:

"Buna görə də Paşinyanın subyektiv arzuları və xəyal etdiyi sülh variantı çox gülünc səslənir və birbaşa beynəlxalq hüququn tələblərinə ziddir".