Evindən oğurluq edilən gözdən əlil danışdı:


Digərləri 07 Mar 2019 19:39:00 205 0

Evindən oğurluq edilən gözdən əlil danışdı:

Xəbər veridiyimiz kimi, gözdən əlil Elçin Abbasovun kirayə yaşadığı evdən oğurluq edilib. 

Son.az bildirir ki, Baku TV-nin əməkdaşları Elçin Abbasovun yaşadığı ünvana üz tutublar. 

E.Abbasov gözdən əlil olmasına baxmayaraq, illərdir rəngli toxuma güllər hazırlayaraq öz dolanışığını təmin edir. 

O müsahibəsində bildirib ki, yaşadığı evə daxil olan oğru, yaxud oğrular 800 manat pul, 500 manat məbləğində qızıl üzük və 250 manat dəyərində gümüş boyunbağını qarət ediblər.

"Həftənin bazar ertəsi axşam saatlarında evə gəldim. Qapını açmaq istəyirdim ki, evin qapısının açıq olduğun hiss etdim. Məlum oldu ki, evə oğru girib və 800 manat pulumu, qızıl üzüyü, gümüş boyunbağını və bank kartımı oğurlayıb. Mənə 1530 manatdan artıq zərər dəyib".