Amerikalı müğənni alimentə görə həbs olundu


Digərləri 07 Mar 2019 19:04:00 202 0

Amerikalı müğənni alimentə görə həbs olundu

Birləşmiş Ştatların qalmaqallı R&B müğənnisi R.Kelli aliment ödəmədiyinə görə həbs olunub.

Son.az Oxu.az-a istinadən bildirir ki, aliment işinə baxan Çikaqo şəhər hakiminin sözlərinə görə, müğənni keçmiş həyat yoldaşı və uşaqlarına ödəməli olduğu 161 min dolları ödəməyincə dəmir barmaqlıqlar arxasında qalacaq.

Bundan əvvəl, fevral ayında R.Kelli cinsi zorakılıqla bağlı ittihamlara görə həbs olunmuşdu. Ondan məhkəməyə dörd qadın zərərçəkmiş qismində şikayət edib.