Sumqayıt Dövlət Dram Teatrı qadın əməkdaşlarını təbrik edir


Kriminal 07 Mar 2019 18:34:00 236 0

Sumqayıt Dövlət Dram Teatrı qadın əməkdaşlarını təbrik edir

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında  toplantı  keçirildi.

Son.az xəbər verir ki, Həmkarlar Təşkilatının teatr üzrə sədri Zöhrəli Əliyev  çıxışa  başlayaraq  ilk öncə  teatrımızda çalışan xanımları təbrik etdi və sözü  teatrın direktoru əməkdar incəsənət xadimi Mübariz Həmidova verdi. Mübariz müəllim ürək sözlərini  qadın kollektivimizlə bölüşərək  hər zaman vətənpərvər ruhda,  azərbaycançılıq məfkurəsinə sadiq, savadlı övladlar  yetişdirən  Azərbaycan  qadınının  istər tariximizdə, istər mədəniyyətimizdə, istərsə də  milli mənəvi dəyərlərimizin qorunmasında mühim rolu olduğunu  vurğuladı.  Daha sonra teatrın baş rejissoru xalq artisti Firudin Məhərrəmov  bu özəl gün münasibətilə xanımları  təbrik etdi. Rəhbərlik  müəssisəmizin fəaliyyətində rolu ilan  hər bir qadın işçiyə həyatında və yaradıçılığında müvəffəqiyyətlər arzulayaraq onlara teatr adından bayram hədiyyəsi təqdim etdi.


Xəbərə aid fotolar