AQTA saxta sertifikatlarla bağlı xəbərdarlıq etdi


Digərləri 07 Mar 2019 18:17:00 190 0

AQTA saxta sertifikatlarla bağlı xəbərdarlıq etdi

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı idxal olunan yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının bəzi sahibkarlıq subyektləri tərəfindən saxtalaşdırılması halları aşkar olunub.

Bu barədə Son.az-a AQTA-dan məlumat verilib.

Agentlk bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlərlə məşğul olan şəxslər üçün qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulub.