Bişkekdə Heydər Əliyev adına park salınacaq


Digərləri 07 Mar 2019 17:11:00 210 0

Bişkekdə Heydər Əliyev adına park salınacaq

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə şəhər bələdiyyəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, memoranduma əsasən Bişkekdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına park və ümumtəhsil məktəbinin tikintisi nəzərdə tutulur.

Sənədi Bişkek meri Aziz Surakmatov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov imzalayıb.