Ər onu bıçaqlayan arvadını bağışladı


Digərləri 07 Mar 2019 17:19:00 196 0

Ər onu bıçaqlayan arvadını bağışladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, hadisə 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində baş verib. Həmin gün G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İstintaq dövründə G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə verilmə qətimakn tədbiri seçilib.

Məhkəmədə elan olunub ki, G.Şərifova məhkəmə çağırışlarına əməl etməyib, onun barəsində axtarış qərarı çıxarılıb. Daha sonra o, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları təfindən həbs edilib.

Elan olunmuş ittiham üzrə G.Şərifova özünü təqsirli bilib.