BŞTİ: 8 yaşdan yuxarı uşaqların I sinfə qəbulu üçün məktəbə müraciət etməyə ehtiyac yoxdur


Digərləri 07 Mar 2019 17:18:27 155 0

BŞTİ: 8 yaşdan yuxarı uşaqların I sinfə qəbulu üçün məktəbə müraciət etməyə ehtiyac yoxdur

Çox sayda olmasa da, 8 və daha yuxarı yaşlı elə uşaqlar var ki, onlar müəyyən səbəblər üzündən məktəbin 1-ci sinfinə vaxtında qəbul oluna bilməyiblər.

Bakı. İlhamə İsabalayeva – Çox sayda olmasa da, 8 və daha yuxarı yaşlı elə uşaqlar var ki, onlar müəyyən səbəblər üzündən məktəbin 1-ci sinfinə vaxtında qəbul oluna bilməyiblər. Belə uşaqların 1-ci sinfə qəbulu üçün artıq məktəbə müraciət etməsinə ehtiyac yoxdur. Trend-in məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva bildirib. Onun sözlərinə görə, artıq belə uşaqların valideynləri də övladlarının birinci sinfə qəbulu üçün məktəbə qəbulla bağlı yaradılmış elektron sistemə müraciət edərək orada qeydiyyatdan keçə bilərlər: