Rayon sakini: "Prezident İlham Əliyev Ağsuya səfəri zamanı problemi məmurlardan deyil, əhalinin özündən soruşdu"


Siyasət 07 Mar 2019 16:40:00 445 0

Rayon sakini: "Prezident İlham Əliyev Ağsuya səfəri zamanı problemi məmurlardan deyil, əhalinin özündən soruşdu"

Prezident İlham Əliyev Ağsuya səfəri zamanı problemi məmurlardan deyil, əhalinin özündən soruşdu.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Ağsu rayon sakini, Qarabağ müharibəsi əlili Allahverdi Qənbərov deyib.

A.Qənbərov bildirib ki, Prezident İlham Əliyevin Ağsuya səfəri rayon sakinlarini çox sevindirdi:

"Dövlət başçısı görüş zamanı zəlzələdən zərər çəkən sakinlərin problemi ilə ciddi maraqlandı. Bildiyiniz kimi, fevralın 5-də Ağsu, Şamaxı və İsmayıllıda güclü zəlzələ oldu və nəticədə sakinlərə ziyan dəydi. Cənab Prezidentin məsələyə dərhal reaksiya verməsi, zəlzələdən zərər çəkən əhaliyə dəymiş ziyanın tez bir zamanda aradan qaldırılması ilə bağlı göstəriş verməsi bir daha təsdiqlədi ki, dövlət başçısı daim xalqın yanındadır. Cənab Prezident yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər versə də, özü birbaşa nəzarət etmək məqsədilə Ağsuya gəldi, sakinlərlə şəxsən görüşdü. Prezident İlham Əliyev sübut etdi ki, əhalinin problemləri ilə yaxından maraqlanır, onların problemlərini öz problemi kimi qəbul edir".

Rayon sakini əlavə edib ki, dövlətimizin başçısı Ağsuya səfəri zamanı problemi məmurlardan deyil, əhalinin özündən soruşdu, sakinlərlə bir-bir görüşərək onları dinlədi: "Cənab İlham Əliyev bir daha əmin etdi ki, o, hər bir sakinin Prezidentidir. Ağsu sakinləri daim Azərbaycan Prezidentinin siyasətini dəstəkləyir, alqışlayırlar".

Qeyd edək ki, fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.

Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib.

Son.az