Razılaşdırılmayan hər hansı kütləvi aksiyanın qarşısı polis tərəfindən alınacaq


Digərləri 07 Mar 2019 16:39:00 237 0

Razılaşdırılmayan hər hansı kütləvi aksiyanın qarşısı polis tərəfindən alınacaq

Sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini "Feminist qadınlardan ibarət təşəbbüs qrupu" adlandıran "8 Marş - Zoraklığa Qarşı Get" iventi yaradıb, paytaxt ərazisində "8 Marş" yürüşü keçirmək barədə çağırış edirlər.

Bakı Şəhər Baş Polis İdarəsindən Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müracət etməlidir.