"Yaşıl qələm jurnalistlər bağı" salınacaq


Digərləri 07 Mar 2019 16:14:00 207 0

"Yaşıl qələm jurnalistlər bağı" salınacaq

"Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Bu yaz özün bir təbiət yarat!" devizi altında yaz ağac əkini mövsümünə start verir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, yaz ağac əkininin başlanması ilə əlaqədar ETSN jurnalistlərlə birgə Zığ şosesinin kənarında ağacəkmə aksiyası keçirəcək: "Yeni salınmış yaşıllıq əraziyə "Yaşıl qələm jurnalistlər bağı" adı veriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştirak etməyə çağırır".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə bildirib ki, dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!" devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən payızağacəkmə mövsümündə nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri-meşə fondu ərazilərində 1,3 milyona yaxın iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.