"PAŞA Sığorta" şirkəti yeni "Zərif Əllərin gücü" adlı KSM layihəyə start verir


Digərləri 07 Mar 2019 15:25:00 256 0

"PAŞA Sığorta" şirkəti yeni "Zərif Əllərin gücü" adlı KSM layihəyə start verir

Daim Koprorativ Sosial Məsuliyyət(KSM) layihələrinə böyük yer ayıran PAŞA Sığorta şirkəti bu dəfə PAŞA Holdinqin dəstəyi və 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə işə ehtiyacı olan və gəliri olmayan analara yönəlik yeni "Zərif Əllərin Gücü" adlı layihəsinə başlayır.

PAŞA Sığorta şirkəti bu layihəni WoWoman cəmiyyəti ilə birgə reallaşdırmağa qərar verib və 2019-cu ilin fevral ayında qeyd olunan layihənin icrası üçün şirkətlər arasında saaziş imzalanıb. Saazişin imzalandığı görüş zamanı PAŞA Sığorta şirkətini təmsil edən Marketinq və İctimaiyyətlə Əlaqələr departamentin rəhbəri Nuranə Teymurova və Wowoman cəmiyyətinin təsisçisi Zərəngiz Hüseynova layihənin detallarını müzakirə edib gələcək planlar barədə danışıqlar aparıblar.

Qeyd edək ki, WoWoman  Zərəngiz Hüseynova tərəfindən xanımlar üçün yaradılan və onları arzularına, məqsədlərinə çatmaqda dəstək olan inkişaf platformasıdır. Yaranmasından keçən 4 il ərzində, cəmiyyətin müraciət sayı 25 mini, təlim və kurslarda iştirak edən xanımların sayı isə 8 mini ötmüşdür. Məhz bu səbəbdən PAŞA Sığorta şirkəti adı çəkilən layihənin Wowoman ilə birgə reallaşdırmağa qərara alıb.

"Zərif Əllərin gücü" layihəsi çərçivəsində 35-40 nəfər işə ehtiyacı olan analar tamamilə yeni bir həyat və iş ilə təmin olunacaq. Maraqlı olan xanımlar xüsusi müraciət formasını dolduraraq layihədə iştirak edə bilərlər. Müraciət üçün son tarix 4 apreldir.