Nazir müavini: Meşələrin çəpərlənməsi daimi olmayacaq


Digərləri 07 Mar 2019 14:59:02 218 0

Nazir müavini: Meşələrin çəpərlənməsi daimi olmayacaq

Azərbaycanda meşələrin çəpərlənməsi yalnız kənar müdaxilələr zamanı mümkündür.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda meşələrin çəpərlənməsi yalnız kənar müdaxilələr zamanı mümkündür. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib. Onun sözlərinə görə, meşələrin çəpərlənməsi daimi olmayacaq: "Meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra çəpərlər sökülür və meşə fondu ərazilərində müdaxilənin baş verdiyi digər ərazilərdə çəpərlənmə işləri aparılır. Belə bir təcrübə Qırğızıstanda da var".