Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun konsertinə biletlər 2 günə bitdi FOTO


Digərləri 07 Mar 2019 14:50:00 276 0

Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun konsertinə biletlər 2 günə bitdi  FOTO

Məşhur opera ulduzları Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun mayın 11-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinə biletlər bitib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bütün biletlər 2 gün ərzində satılıb.

Müxtəlif operalardan ariyaların ifa olunacağı "Azərbaycana sevgi ilə" adlı konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

"Əziz bakılılar, əziz həmvətənlərim, Bakıda, Heydər Əliyev Mərkəzinin səhnəsində tezliklə konsert verəcəyimizdən inanılmaq dərəcədə şadam. Konsertdə dünya operasında şedevrlər, o cümlədən Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək", - Yusif Eyvazov öz Facebook səhifəsində konsert barədə yazıb.


Xəbərə aid fotolar