“100 innovativ tələbə” layihəsində 20-dən artıq biznes-ideya müzakirə olunub (FOTO)


Digərləri 07 Mar 2019 14:44:31 186 0

“100 innovativ tələbə” layihəsində 20-dən artıq biznes-ideya müzakirə olunub (FOTO)

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən “100 innovativ tələbə” layihəsi çərçivəsində tələbələrin 20-dən artıq biznes ideyası müzakirə olunub.

Bakı. Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən “100 innovativ tələbə” layihəsi çərçivəsində tələbələrin 20-dən artıq biznes ideyası müzakirə olunub. Universitetdən Trend-ə verilən məlumata görə, “Məhsulun yaradılması və inkişaf etdirilməsi” modulu çərçivəsində tələbələrin irəli sürdüyü ideyaların müasir metodologiyaya əsasən bazara uyğunluğunun təhlili, yeni məhsul və xidmətlər vasitəsilə potensial müştərilərin problemlərinin həlli, real tələbat məsələləri praktik tapşırıqlar vasitəsilə təhlil edilib. Modul çərçivəsində Böyük Britaniyanın tədris müəssisələrinin təqdim etdiyi proqram üzrə tələbələrə biliklər verilib, tapşırıqlar üzrə iş aparılıb.