Nəvəsini zibil qabına tullayan nənənin ifadəsi dəhşətə gətirdi FOTO


Dünya 07 Mar 2019 13:28:00 259 0

Nəvəsini zibil qabına tullayan nənənin ifadəsi dəhşətə gətirdi  FOTO

Nənə nikahsız dünyaya gələn nəvəsini zibilliyə atıb.

Son.az DHA-ya istinadla xəbər verir ki, hadisə Türkiyənin Ərzurum şəhərində, Qurtuluş qəsəbəsində baş verib.

Ərzurumda yeni doğulan körpəni zibil qabına atan Ayten Kağızmanlı ilə anası Fadime Kağızmanlının məhkəməsi keçirilib.

Onlar hakim qarşısında ifadə veriblər. Uşağın nənəsinin ifadəsi məhkəmə zalındakıları təəccübləndirib: "Körpəni məscidin qarşısına qoymaq istəyirdim, bağlı olduğuna görə zibilliyə atdım. Sellofanın ağzını bağladım ki, soyuqda üşüməsin"


Xəbərə aid foto